Epilepsiya tutması olacağını əvvəlcədən bilmək olacaq?

Epilepsiya tutması olacağını əvvəlcədən bilmək olacaq?
20:42 7 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Luiziana Universitetinin alimləri 99,6% dəqiqliklə epileptik tutmaları proqnozlaşdıra biləcək süni intellekt sistemini təqdim ediblər. Cihaz ilkin əlamətlər görünməzdən bir saat əvvəl bunu həyata keçirəcək.

Sistem epilepsiyası olan insanlara tutmalardan əvvəl hazırlaşmaq və lazımi dərmanları qəbul etmək üçün kifayət qədər vaxt verəcək.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təqribən 50 milyon insana epilepsiya diaqnozu qoyulub və bu xəstələrin 70%-i dərmanların köməyi ilə öz xəstəliklərinə nəzarət edə bilirlər.

Bu, problemin tam həlli olmasa da, Luiziana Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan yeni süni intellekt sistemi mövcud proqnoz metodları ilə müqayisədə irəliyə doğru əhəmiyyətli addım hesab olunur.

Mövcud tutma aşkarlama üsulları EEQ testinin (elektroensefaloqrafiya) köməyindən istifadə edərək beyin fəaliyyətini təhlil edir və daha sonra proqnozlaşdırılan modeli tətbiq edir. Yeni sistem həm də beyin fəallığını göstərən dərin öyrənmə alqoritmindən istifadə edir.

Tədqiqatçıların sözlərinə görə, sistem hələ geniş şəkildə tətbiq olunmayıb. Hazırda lazımi alqoritmlərin emalına kömək edə biləcək istifadəçi çipi üzərində işlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR