"Qarabağ"ın üzvü ilə 3 Premyer Liqa və Hollandiya klubu maraqlanır - İddia

"Qarabağ"ın üzvü ilə 3 Premyer Liqa və Hollandiya klubu maraqlanır - İddia
13:42 8 Dekabr 2019
133 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın üzvü Asmir Beqoviçlə Ingiltərə və Hollandiya klubları maraqlanır.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "The Sun" nəşri yayıb.

Xəbərə görə, müqavilə  ilə Premyer Liqa təmsilçisi "Bornmut"a məxsus olan Beqoviçlə İngiltərənin "Vest Hem", "Derbi", "Birmingem", həmçinin Hollandiyanın "PSV Eyndhoven" klubları yaxından maraqlanırlar. 

Hazırkı komandası ilə hələ iki il yarımlıq müqaviləsi olan Beqoviçə yeni komandası həftəlik 30 min funt-sterlinq ödəməlidir.

"The Sun"ın xəbərinə görə, "Vest Hem"in bu təklifi qəbul etdiyi və qolkiperin heyərinə qatmaq istədiyi bildirilib.

Qeyd edək ki, Beqoviçin dekabrın 31-i "Qarabağ"la müqaviləsi başa çatır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/808750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR