Bakı, 18 may, Samirə Quliyeva, AZƏRTAC
Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 16 min 710 ipoteka krediti verib.
AİF-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 672 milyon 15 min 880 manatdan çoxdur.
Qeyd edək ki, AİF 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb.