Pəhrizə necə başlamalı? - MƏSLƏHƏTLƏR

Pəhrizə necə başlamalı? - MƏSLƏHƏTLƏR
21:42 16 Yanvar 2015
314 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az kultura.az-a istinadən bildirir ki, pəhrizə başlamağa qərar verən hər kəs özünü pəhrizə psixoloji cəhətdən düzgün hazırlamağı bacarmır. Necə ki, əlbəyaxa döyüşün psixoloji hazırlıq metodikası mövcuddur, pəhrizə də psixoloji planda hazırlığın metodikası var.
 
Bu günədək insanlıq bir çox pəhriz fikirləşib, bunlardan çoxu xoş və rahat deyil, amma istənilən pəhriz sizin üçün dəhşətə çevriləcək, əgər ona düzgün yaxınlaşmağı bacarmayacaqsınızsa. Və beləliklə gəlin baxaq, pəhrizə oturmaq ehtiyacı boğazımızdan yapışanda nə etməyə dəyir və nəyi etmək lazım deyil:
 
1.Pəhrizə ehtiyac olduğunu dərk edin
 
Pəhrizə ehtiyac olduğuna sizin əminliyiniz 100% olmalıdır. Belə əminlik çəkinin normanın çərçivələrini keçdiyi zaman, artıq çəkinin normal həyat fəaliyyətinə mane olduğu zaman yaranır. Kim 2-3 kiloqram yığıbsa, bu onlara aid deyil, onlara bir neçə gün qatıq içmək kifayətdir ki, çəkiləri normaya düşsün.
 
2. Pəhrizə başlayacağınız dəqiq tarixi təyin edin
 
Pəhrizdə olacağınız dövrün planlaşdırılması ona hazırlıqda çox vacib və məsuliyyətli an olacaq. Pəhriz dövründə siz psixoloji sakitlik vəziyyətində olmalısınız, istənilən stress orqanizmi qoruyucu reaksiyaya məcbur edir və bu öz növbəsində aclıq hissinin yaranmasına səbəb olur. Həmçinin pəhrizin başlayacağı tarixi təyin edərkən konkret tarix muəyyən edin. Çoxumuz bilirik ki "bazar ertəsindən başlayacam" vədləri bir qayda olaraq, heç bir qüvvəyə malik deyil və yalnız bəhanədir.
 
3. Kiməsə görə pəhrizə "oturmayın"
 
Siz nə edirsinizsə yalnız dəyərli olan özünüz üçün etməlisiniz. Sizin məqsədə çatmaq ücün etdiyiniz səyləri, çəkdiyiniz əziyyətləri ətrafdakiılar anlamaya bilər.
 
4. Stimul təyin edin
 
Stimul təlqin etmənin ən güclü silahıdı. Arzu olunan nəticəyə nail olacağınız təqdirdə nə olacağını özünüz üçün müəyyən edin. Harasa səyahət, qızıl bəzək əşyasının alınması və bir çox başqa şeylər stimul ola bilər.
 
5. Hədəfi dəqiq müəyyən edin
 
"Neçə kiloqram arıqlamaq istəyirsən?" sualına çiyinləri sıxaraq "beş və ya on kiloqram" cavabı dəqiq cavab sayıla bilməz. Pəhrizə "oturmağa" hazırlaşanda siz neçə kiloqram arıqlamaq istədiyinizi dəqiq müəyyən etməlisiniz. Qrama qədər müəyyən edin və hərəkətə başlayın. Beləliklə, siz özünə konkret hədəf qoyacaqsınız, bu hədəfə çatmaq üçün səylə calışacaqsınız. Bu hərəkətlər sizə inamsızlıqdan qurtulmağa kömək edəcək.
 
6. Sizin gələcək çəkinizə uyğun olacaq ölçüdə, xoşunuza gələn bir geyim alın (şalvar daha məqsədə uyğundu)
 
Pəhrizə başlayanda alınmış paltarı elə yerə qoyun ki hər dəfə onu görəsiniz. Siz hər gün (yaxşı olarki həftədə bir) alınmış şeyi geyinib ölçmək və alınmış nəticədə əmin ola bilərsiniz. Bu sizi həvəsləndirəcək.
 
7. Tərəzi alın
 
Yalnız kiloqramı yox, qramları da göstərən tərəzi almağınız arzu olunandır. Səhər və axşam çəkilərək siz gün ərzində neçə qram itirdiyinizi biləcəksiniz. Bu sizə seçilmiş pəhrizə davam etməkdə stimullaşdıqmaqla yanaşı, həm də seçilmiş pəhrizin effektiv olub olmadığını anlamağa kömək edəcək.
 
8. Özünə mütləq bir həzzi saxlayın
 
Məsələn, əgər şokoladı sevirsinizsə, onu pəhriz zamanı istifadə etməyə davam edin. Şokolad orqanizminizi endorfinlə təmin edəcək və deməli, depressiya sizə güc gələ bilməyəcək. Təbii ki sevimli məhsulun istehlakını minimuma endirmək lazım olacaq.
 
Və ən vacib və sadə həqiqəti yadda saxlayın: siz istənilən çəkiylə çox gözəlsiniz sadəcə artıq çəki sizə həyatınızı istədiyiniz kimi yaşamağa mane olursa (çimərliyə getməyə, istədiyiniz kimi rəqs etməyə, övladınızla qaç-tut oynamağa və ya intim həyatda) demək o artıq çəkidən qurtulmaq mütləq lazımdı. Siz güclüsünüz, siz bunu bacaracaqsınız!
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR