Gəlin maşını qəzaya düşüb -

Quba rayonunda zəncirvari yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, "report"un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, dörddən çox minik avtomobili toqquşub. Nəticədə bəy və gəlinin olduğu avtomobil və digər nəqliyyat vasitələrinə ziyan dəyib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR