Didye Deşam Fransa yığmasındakı gələcək karyerası ilə bağlı qərar verib

Fransa Futbol Federasiyası əsas millinin baş məşqçisi Didye Deşamla müqavilə müddətini uzatmaqla bağlı razılıq əldə edib.

Metbuat.az “Le Figaro”ya istinadən xəbər verir ki, yeni sözləşməyə əsasən, 51 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının sonuna qədər yığmaya rəhbərlik edəcək. Onun hazırkı müqaviləsi AVRO-2020-nin axırınadəkdir.

Qeyd edək ki, Deşam 2012-ci ildən Fransa millisinin baş məşqçisidir. Onun komandası AVRO-2016-nın gümüş medallarını qazandığı halda, DÇ-2018-in qalibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR