Rusiyada zəncirvarı yol qəzası baş verib.

Metbuat.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, yol qəzası Vladivostok şəhərində, Xabarovsk-Vladivostok avtomobil yolunun 9-cu kilometrliyində baş verib.

Yol qəzası zamanı 48 avtomobil toqquşub.

Hadisənin baş verməsinə güclü qarın yağması səbəb olub. Qəza nəticəsində 7 nəfər xəsarət alıb.

Yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb.