Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib -

Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

Metbuat.az-ın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səslənib.

Prezident görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 12-də Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səslənib.

Dövlət başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Mərasimdə Baş Nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, Heydər Əliyevin vəfatından 16 il keçir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR