Acun verilişin aparıcısını və adını dəyişdirdi - foto

Acun verilişin aparıcısını və adını dəyişdirdi - foto
22:26 16 Yanvar 2015
152 Şou
Ölkə mətbuatı
A- A+

TV8-də yayımlanan "Ailələr yarışır" verilişinin adı və aparıcısı dəyişdirilib.

Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, kanalın rəhbəri Acun İlicalı aparıcılığını əvvəl Erol Evgin, Gülbən Ərgən, Burcu Əsmərsoy kimi adların etdiyi verilişin adını "100 kişiyə sorduk" ("100 adamdan soruşduq") edib. Proqram bundan sonra Atalay Dəmirçinin təqdimatında ekranlara gələcək.

Eyni zamanda proqramın qaydalarında da dəyişiklik olub. Bu barədə Atalay Tvitterdə yazıb. Aktyor bildirib ki, "stand-up" etdiyi "Kel Alaka" ilə yanaşı yeni proqramı da tamaşaçılara o, təqdim edəcək.

Qeyd edək ki, Atalay Dəmirçi "Yetenek Sizsiniz"in 2013-cü il qalibidir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25217

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR