ABŞ səfirindən “soyqırım” açıqlaması:

ABŞ Senatının "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi sənəd qanunverici orqanın qəbul etdiyi sənəddir və bu hökümət administrasiyasının mövqeyini əks etdirmir.

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Örl Litzenberqer deyib. Səfir bildirib ki, senat bu barədə artıq öz fikirlərini tam dəqiq şəkildə ifadə edib.

"Bu, o deməkdir ki, artıq bunu nəzərə almalıyıq. ABŞ-la Türkiyə NATO çərçivəsində müttəfiqdirlər. Biz dostuq və əməkdaşıq. Bu əməkdaşlığı davam etdirəcəyik".

Qeys edək ki, ABŞ Senatı qondarma “erməni soyqırımı"nı tanıyan qətnamə layihəsini qəbul edib. 150 saylı qətnamə layihəsi yekdilliklə təsdiqlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR