Tanınmış futbolçu karyerasını başa vurub

Argentina millisinin sabiq futbolçusu Esekyel Lavessi karyerasını başa vurub.

Metbuat.az xəbər verir ki, 34 yaşlı hücumçu bu barədə "Instagram" səhifəsində yazıb.

Onun sonuncu klubu Çin təmsilçisi "Hebey Çayna Forçun" olub.

Qeyd edək ki, Lavessi karyerası ərzində vətənində "Estudiantes"lə "San Lorenso"nun, eləcə də İtaliyanın "Napoli" və Fransanın PSJ klublarında çıxış edib. O, 2008-ci ildə Argentina millisi ilə Yay Olimpiya Oyunlarının qalibi adını qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR