Sakit okeanda yerləşən Vanuatu adasında zəlzələ baş verib.

Publika.az xəbər verir ki, Sola şəhərinin 49 kilometrliyində 5,9 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.