İndoneziya sahillərində, Sumatra adası yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.

Metbuat.az “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Sunqaypenux şəhərindən 116 kilometr cənub-qərbdə yerləşib. Ocağı isə 30 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və tələfat barədə məlumat verilməyib.