Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf barəsində edam hökmü çıxarılıb.
Metbuat.az-ın xəbərinə görə, bu barədə Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb.
O, vətənə xəyanətdə təqsirli bilinib.
Qeyd edək ki, 2004-cü il iyulun 8-də Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin Azərbaycana 3 günlük rəsmi səfəri olub. Prezident Pərviz Müşərrəf Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini müdafiə etdiyini qəti şəkildə bildirib.
