Evləri elə yerdə tikmək lazımdır ki, sonra onları sökmək lazım gəlməsin. Elektrik xətlərinin altında, dəmir yollarının kənarında evlərin tikilməsi ən azı vətəndaşların özləri üçün təhlükəlidir.

Publika.az xəbər verir ki, bunu keçiridiyi mətbuat konfransında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov bildirib.

Bakının “Şanxay” adlanan ərazisində evlərin sökülməsi ilə bağlı danışan C.Qurbanov qeyd edib ki, həmin ərazilərdə evlər sökülən zaman razılıq əldə etmək çətin olur: “10 kvadratmetr yerə 20 min manat verirsən razı olmur, 50 kvadratmetlik yerə 100 min manat verirsən razı olmur. Birdən-birə bütün problemlərini həll etmək istəyirlər. Nə vaxtsa dəmir yollarının üzərində hansısa məmurun günahı üzündən yerləşiblər. İndi problem yaranır. “Şanxay” adlanan ərazinin sökülməsi plandadır, amma, nə vaxt olacağını deyə bilmərəm”.

Səxavət