Şahdağa qatar yolu çəkiləcək

Şahdağa qatar yolu çəkiləcək
12:12 17 Dekabr 2019
82 Ölkə
Ölkə mətbuatı
A- A+

"Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

C.Qurbanov bildirib ki, Bakı-Rusiya sərhədində olan yola Asiya Bankından kredit ayrılıb, Türkiyə və Qazaxıstanın şirkətləri ilə bərabər işlər aparılacq.

C.Qurbanov qeyd edib ki, Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün torpaq alınması prosesləri də başa çatdırılıb.

Onun sözlərinə görə, Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən keçəcək:

"Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır. Latviya şirkəti ilə dizel lokomotivlərin təmiri üçün müqavilə bağlanılıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/811091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR