Maşınını gömrükdən keçirən şəxsin ürəyi partladı -

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Baş Gömrük İdarəsində ölüm hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, növbədə gözləyən 57 yaşlı Elşən Sadıqovun qəflətən halı pisləşib. Onun üçün həkim çağırıblar. Lakin həkimlər gələnə qədər həmin şəxs dünyasını dəyişib.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsilə baku.ws saytı əlaqə saxlayıb və qurumun mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Bildirildi ki, hadisə laboratoriyanın qarşısında baş verib.

Növbə gözləyərkən maşının içindəcə Elşən Sadıqovun halı pisləşib. O, avtomobili gömrük rəsmiləşdirilməsindən keçirirmiş.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR