Azərbaycanda qeydiyyatda alınan 80 minə yaxın işsiz var

Bu il dekabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 79,7 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, onların 36,3 faizini qadınlar təşkil edib.

İşsizlikdən sığorta ödənişinin orta məbləği 278,6 manat olub.

Dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5194,7 min nəfər olub, onlardan 4942,7 min nəfərini məşğul əhali təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR