Əhalinin banklardakı əmanətlərinin

2019-cu il noyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14445,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) Metbuat.az-a verilən məlumata görə, onun 11758,3 milyon manatı uzunmüddətli kreditlər olub.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,6 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2019-cu il noyabr ayının 1-nə 8811,1 milyon manat təşkil edib.

Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1384,9 milyon manat olmuş və ümumi kredit portfelinin 9,6 faizini təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR