AFFA "Qəbələ" və "Sabah"ı cərimələyib

AFFA İntizam Komitəsi "Qəbələ" klubunun əsas komandasının futbolçusu Ülvi İsgəndərovu bir oyunluq cəzalandırıb.

Metbuat.az-ın məlumatına görə, səbəb hücumçunun Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sabah"la görüşdə qırmızı vərəqə almasıdır. Əyalət təmsilçisi 200 manat cərimə ödəməli olacaq.

Qurum "Sabah"ı isə 800 manat məbləğində cərimələyib. Komandanın 4 futbolçusu "Qəbələ" ilə görüşdə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, qarşılaşma "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı dekabrın 19-da saat 18:00-da “Bank Respublika Arena”da olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR