Bakıda döyülən qız xilas olmaq üçün özünü pəncərədən atdı

Pirallahı rayonunda döyülmə hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Cənub küçəsində qeydə alınıb. 16 yaşlı Mirzəyeva Fidan Əbilfəz qızı yaşadığı evdə əmisi ilə mübahisə edib.

Nəticədə döyülən F.Mirzəyeva kömək istəmək məqsədilə özünü yaşadığı evin 1-ci mərtəbəsindən atıb.

Ağır xəsarət alan yeniyetmənin ayağı sınıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR