"Bakıda dumanlı hava şəraitinin müşahidə olmasına baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu normal rejimdə işini davam etdirir".

Bunu Metbuat.az-a "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, təyyarələrin qəbulu və göndərilməsi nəzərdə tutulan cədvələ uyğun həyata keçirilir.