Ən məşhur və nüfuzlu qacetlərin siyahısı açıqlandı

Ən məşhur və nüfuzlu qacetlərin siyahısı açıqlandı
23:57 19 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

10 ilin ən məşhur və nüfuzlu qacetlərinin siyahısı açıqlandı.

Milli.Az ted.az-a istinadən bildirir ki, birinci yerdə Apple iPad planşetləri yer alıb. Sözügedən planşet 2010-cu ildən satışa çıxarılıb və portativ cihazların inkişaf tonunu müəyyənləşdirib.

Siyahının ikinci pilləsində Tesla Model S avtomobili qərarlaşıb. Tesla Model S avtomobil modeli aramla, amma düzgün şəkildə dünya miqyasında avtomobillərin trayektoriyasını dəyişdirdi.

Reytinqin üçüncüsü isə Raspberry Pi mini kompüteri olub. Bu kompüterlər məktəblərdə kadr yetişdirmək üçün istehsal olunub.

Siyahının digər yerlərində isə ardıcıl olaraq, Google Chromcast media pleyeri, YouTube-un ən məşhur dronuna çevrilən DJI Phantom, Amazon Echo səsgücləndiricisi, Apple Watch və Apple AirPods qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/811106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR