Uşaq Məcəlləsi layihəsi hazırda aidiyyəti qurumlar tərəfindən verilmiş təkliflər əsasında yenidən işlənilərək təkmilləşdirilib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ilin yekunları ilə bağlı yekun hesabatında məlumat verilib.

Məlumata görə, Uşaq Məcəlləsi layihəsi 3-cü dəfə 2019-cu ilin noyabr ayında razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib.