Müdafiə Sənayesi Nazirliyinin iki idarəsinin rəhbərliyinə təyinat olub.
“Report” xəbər verir ki, nazirliyin sosial xidmətlər idarəsinə rəhbərlik Firad İbişova, təhlükəsizlik və mühafizə idarəsinə rəhbərlik isə Akif Qorçubəyliyə həvalə olunub.
Onlar bu vəzifələrdə müvafiq olaraq Tacəddin Mirzəyevi və Ceyhun Kazımovu əvəz ediblər.