Ermənistanda keçmiş kimya zavodunun əməkdaşları etiraz aksiyası keçirib

Ermənistanda keçmiş kimya zavodunun əməkdaşları etiraz aksiyası keçirib
20:02 20 Dekabr 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan hökumətinin binası qarşısında “Kamk” İctimai Birliyinin təşəbbüsçüləri və “Nairit” müəssisəsinin keçmiş əməkdaşları etiraz aksiyası keçiriblər.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, onlar zavodun yenidən fəaliyyətə başlamasını tələb ediblər.
Onlar bildiriblər ki, Ermənistan hökuməti “Nairit” zavodunu yenidən fəaliyyətə başlaması üçün iqtisadi inqilab proqramına daxil etməlidir.
Qeyd edək ki, Ermənistanın strateji müəssisələrindən sayılan “Nairit” zavodunun 2016-cı ildə müflisləşdiyi elan olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-hokumet-binasinin-qarsisinda-etiraz-asksiyasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR