Bakıda nasaz avtomobil qəzaya səbəb oldu: ağır yaralılar var - VİDEO - FOTO

Bakıda nasaz avtomobil qəzaya səbəb oldu: ağır yaralılar var - VİDEO - FOTO
09:52 21 Dekabr 2019
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Səbail rayonunda iki avtomobil toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Neftçilər prospektində nəqliyyat vasitəsinin təkərinin nasaz olması qəzaya səbəb olub.

1995-ci il təvəllüdlü Sərxanov Əli Əsədağa oğlu idarə etdiyi "BMW" markalı nəqliyyat vasitəsini yol kənarında saxlamaq istəyərkən onun avtomobili "VAZ 2107" və "NAZ Lifan" markalı avtomobillərə çırpılıb. Zərbənin gücündən "BMW" "BakuBus" MMC-yə məxsus 6 saylı xətt marşutu üzrə Niyaməddin Məhəmmədovun idarə etdiyi "Iveco" markalı sərnişin avtobusuna dəyib.

Qəza nəticəsində "NAZ Lifan" və "VAZ 2107"nin sürücüləri ağır xəsarət alıb. "VAZ 2107"-nin yanacaq çəni zədələndiyindən yola benzin dağılıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib, yolda sıxlıq yaranıb. Səbail Rayon Polis İdarəsinin əməkdaşları yolda hərəkəti tənzimləyib.

"BMW"nin sürücüsü Ə.Sərxanovun APA-ya verdiyi məlumata görə, "NAZ Lifan" markalı avtomobilin təkəri nasaz olub, "VAZ 2107"nin sürücüsü də avtomobili yolda saxlayaraq ona kömək edirmiş.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/812203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR