Həbs edilən icra başçısının

“Korrupsiyada ittiham olunan icra başçısının cinayət işinə hakim oğlu baxa bilməz”.

Metbuat.az xəbər verir ki, bu sözləri modern.az-a “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev söyləyib. O, Cinayət Məcəlləsinin 41-ci maddəsinin ilk bəndini xatırladıb:

“Maddəyə görə, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət cəzası törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və fərdi xarakter daşıyır. Bu baxımdan, Nizaməddin Quliyevin cinayət əməlinə görə övladlarının məsuliyyətə cəlb edilməsi, yaxud vəzifədən azad edilməsi qanuni deyil.

Sovet dövründə isə belə deyildi. Vəzifəli şəxs korrupsiya kimi ağır ittihamla məsuliyyətə cəlb olunsa, onun ailə üzvləri, yaxınları da eyni aqibəti yaşayırdı. İndi isə qanunvericilik buna icazə vermir”.

Ə. Nuriyev onu da qeyd edib ki, hüquq sistemində çalışan hər hansı şəxsin yaxın qohumları məsuliyyətə cəlb olunursa, həmin vəzifəlilər cinayət işinə baxa bilməz:

“Belə hallarda subyektivlik olmasın deyə, hakim və ya digər məsul şəxs cinayət prosesindən uzaqlaşdırılır. Çünki onlar birbaşa təsir etmək imkanlarına malikdirlər. Bütün məsələlərdə qanunun aliliyi təmin olunmalıdır”.

“Qafqazinfo” xatırladır ki, N.Quliyevin bir oğlu Ramin Quliyev Nərimanov rayon məhkəməsinin hakimidir, digər oğlu Ramal Quliyev isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqdir.

DTX əməkdaşları tərəfindən saxlanılan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov barəsində dünən məhkəmə qərar verib. İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsində sabiq icra başçısı və müavini barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR