Nissan markasının tarixindəki ən bahalı avtomobil satışa çıxarılıb - FOTO

Nissan markasının tarixindəki ən bahalı avtomobil satışa çıxarılıb - FOTO
21:32 21 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

BH Auction hərrac evinin satışlarına 1970-ci ilin istehsalı olan Nissan Fairlady Z432R sportkarı çıxarılıb. Avtomobili, ilkin olaraq, 73-83 milyon yen arasında qiymətləndiriblər. Əgər kupe hərracda bu qiymətə satılarsa, Nissan markasının tarixində olan ən bahalı avtomobil olacaqdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Nissan Fairlady Z433R modeli rallidə iştirak edən 240Z kupesinin omoloqasiya keçmiş versiyasıdır. Sərfəli qiyməti sayəsində model keçən əsrin 70-ci illərində amerikan bazarında bestsellerə çevrilib. Satış göstəricilərinə görə kupe BMW və Jaguar sportkarlarını belə üstələyib.

R indeksinə malik olan Nissan 240Z modelinin rallidə istirak etməsi onun omoloqasiyadan keçməsi  tələb olunurdu. Bunun üçün isə, modelin məhdud saylı mülki versiyasını buraxmaq tələb edilirdi. Bir sıra məlumatlara görə, məhdud saylı sportkarların tirajı 50 nüsxədən az olub.

Xüsusi seriyadan olan sportlarlar Skyline GT-R modelinin ilk nəslindən tanış olan  160 at qüvvəli 2,0-litrlik altısilindrli mühərrik ilə təchiz edilirdi. Avtomobilin 5-pilləli müxaniki ötürmələr qutusu da GT-R modelindən götürülüb. Sportkarın eksklyuzivliyini və əla vəziyyətini, həmçinin 100 min kilometrlik yürüyüşünü nəzərə alaraq, onun təyin edilmiş qiymətə satılacağından şübhə etməmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR