Azərbaycan polisi seçkilərdə öz fəaliyyətini qanun çərçivəsində həyata keçirir

Azərbaycan polisi seçkilərdə öz fəaliyyətini qanun çərçivəsində həyata keçirir
12:55 22 Dekabr 2019
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan polisi seçkilərdə öz fəaliyyətini qanun çərçivəsində həyata keçirir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, 2000-ci ildən bu günə qədər müşahidə aparan heç bir daxili və xarici qurumlar tərəfindən Azərbaycan polisinin fəaliyyətinə irad tutulmayıb: “Polisin səsvermə günü fəaliyyəti ilə bağlı regional tədbirlər keçiririk. Yaddaş kitabçası hazırlayırıq. Sevindirici haldır ki, polislə keçirdiyimiz tədbirlər öz müsbət nəticələrini verib”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3167486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR