Dərsdə cangüdən ilə oturan şagird kimin nəvəsidir? -

Xəbər verdiyimiz kimi, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, tanınmış aparıcı Anar Nəcəfli sosial şəbəkə hesabında "status" yazaraq bildirib ki, onun övladının oxuduğu sinifdə vəzifəli şəxslərdən birinin nəvəsi də oxuyur və sinifdə mühafizə ilə birlikdə oturur.

Tanınmış aparıcının açıqlaması mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunub.

Bu müzakirələrdən sonra Anar Nəsəfli yazdığı "statusu" sosial şəbəkə hesabından silib. Aparıcının bu addımı sosial şəbəkələrdə yeni nüzakirələrə səbəb olub. İddia olunur ki, aparıcının məlum "statusu" silməsi nəvəsini sinifə cangüdənlə göndərən məmurun təzyiqi nəticəsində olub.

Metbuat.az bildirir ki, məsələ ilə bağlı yeniavaz.com-a açıqlma verən Anar Nəcəfli bildirdi ki, həmin "statusu" özü silib və buna görə heç kim ona təzyiq etməyib.
Anar Nəcəflinin sosial şəbəkə hesabından silinən həmin "statusu" olduğu kimi təqdim edirik:

"Oğlumun sinifinə təzə bir qız gəlib. Bir vəzifəli şəxsin nəvəsidir. Məktəbə mühafizə ilə gəlir. Həmin mühafizə bununla bərabər dərsdə də oturur. Hətta sinif yoldaşlarını bu mühafizə ilə qorxudur da. Bu o məktəbdir ki, valideynləri məktəbin kandarından içəri bir addım buraxmırlar. Bəs olmaz!! Məktəbin direktorundan tutmuş müəllimlərinə qədər heç kəs cınqırığını da çıxarmır. Direktor aydın məsələdir ki, nəyinsə müqabilində buna göz yumur, müəllimlər isə işdən çıxarılmadan qorxurlar!! Bəs bunu o biri uşaqlar görür axı və bu onların tərbiyəsinə təsir edir axı!! Bu da məktəblərdə bizim uşaqlara verilən tərbiyyə!!"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR