Nurmaqomedov kimsəsiz uşağın arzusunu reallaşdırdı -

UFC-nin yüngül çəkidə mütləq çempionu Həbib Nurmaqomedov uşaq evinin sakini olan Yaroslav Trotsenkonun arzusunu reallaşdırıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Telegram" kanalında "Mash" məlumat yayıb.

Məlumata görə, kimsəsiz oğlan 5 il müddətində Nurmaqomedovla görüşməyi və söhbət etməyi arzu edib. O, bu məqsədlə kimsəsiz uşaqlar və uşaq evləri üçün təşkil olunan "Yelka jelaniy" xeyriyyə aksiyasına tanınmış idmançı ilə görüşmək istəyini məktubla çatdırıb.
Nəticədə onun istəyi reallaşıb və Yaroslav Trotsenko UFC-nin çempionu ilə görüşüb.

"Onunla görüşdən sonra gecəni yata bilmədim. Güclü məşq etməyə başladım, daha çox qələbə qazanmaq istəyirəm və yenidən Nurmaqomedovla görüşmək istəyirəm",-deyə kimsəsiz oğlan bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR