Elmar Məmmədyarov: "Azərbaycan, Türkiyə və Gürcüstan əməkdaşlığı ittifaq səviyyəsinə yüksəlib"

"Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq təkcə strateji əhəmiyyət kəsb etmir, üç ölkə ittifaq səviyyəsinə yüksəlib".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Gürcüstanın siyasi və iqtisadi sahələrdə ümumi mövqeləri var.

E.Məmmədyarov deyib ki, bu gün Tbilisidə imzalanan birgə bəyannamə ilə yanaşı 2020-2022-ci illər üçün fəaliyyət planı da təsdiqlənib: "Azərbaycanın təklifi ilə sənədə qida təhlükəsizliyi ilə bağlı müddəa da daxil edilib. Bu, üçtərəfli əməkdaşlıq üçün yeni element olacaq".

Nazir bildirib ki, Bakı-Tbilisi-Qars layihəsi yalnız bölgə üçün deyil, qlobal geostrateji əhəmiyyət də kəsb edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR