Bu gün taekvondo üzrə ölkə birinciliyinə və çempionatına start verilir

Bu gün Azərbaycan Taekvondo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ölkə birinciliyi və çempionatına start verilir.

Metbuat.az Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, yarışlar Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.

Yeniyetmələr arasında yarışlar 24-25 dekabr tarixlərində baş tutacaq. Dekabrın 26-27-ində gənc taekvondoçular arasında respublika birinciliyi, dekabrın 28-də isə böyüklər arasında ölkə çempionatı keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR