Azərbaycan millisinin sabiq hücumçusu Türkiyə klubundan ayrılıb

Azərbaycan millisinin sabiq voleybolçusu Yekaterina Jidkova Türkiyə klubundan ayrılıb.

Metbuat.az-ın məlumatına görə, “Nilüfer Belediyespor” 29 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verib.

Azad agent statusu alan milliləşən voleybolçunun yenidən Azərbaycan klublarında peyda olacağı istisna edilmir.

Qeyd edək ki, Jidkova mövsümün əvvəlində Türkiyə klubuna transfer olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR