Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı olub.

Bu barədə Metbuat.az "Anadolu" agentliyinə istinadən xəbər verir.

Türkiyə prezidentinin administrasiyasından bildirilib ki, Ərdoğan və Conson iki ölkə arasındakı əlaqələri müzakirə ediblər. Danışıqlarda həmçinin regional proseslər, o cümlədən Liviyada və Suriyada yaranmış vəziyyət diqqət mərkəzində olub.