Umayra Tağıyevadan vacib HAVA PROQNOZU:

“Bu il dekabr ayı anomal isti keçir. Havanın temperaturu normadan yüksəkdir”.

Metbuat.az bildirir ki, bu barədə Apa-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, dekabrda ən isti gün ayın 24-də müşahidə olunub: “Həmin gün paytaxtda maksimal temperatur 15.4 dərəcəyə yaxınlaşıb ki, bu da çoxillik normadan 6.2 dərəcə yüksəkdir”.

U.Tağıyevanın sözlərinə görə, yaxın günlərdə də hava şəraitində mühüm dəyişiklik gözlənilmir: "Normadan yüksək temperatur rejimi yaxın 2-3 gün ərzində də davam edəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR