Çində futbolçuların əməkhaqqılarına limit qoyulub

Çində futbolçuların əməkhaqqılarına limit qoyulub
15:12 25 Dekabr 2019
21 Digər
Ölkə mətbuatı
A- A+

Çin Futbol Assosiasiyası futbolçuların əməkhaqqılarına limit qoyub.
“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, 1 dekbar 2020-ci ildən etibarən bağlanan müqavilələrdə əcnəbi oyunçuların illik maaşları vergilər çıxıldıqdan sonra 3 milyon avrodan çox olmamalıdır.
Yerli futbolçuların qazancı isə 1,29 milyon avronu keçməməlidir. Milli üzvlərinin əməkhaqqıları bu məbləğdən 20 faiz çox ola bilər.
Qeyd edək ki, Çinin “Şanxay Şenxua” klubunun formasını geyinən braziliyalı futbolçular - Halkın illik maaşı 22,5 milyon avro, Oskarın isə 25,6 milyon avrodur.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cinde-futbolcularin-emekhaqqilarina-limit-qoyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR