Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın İdarə Heyətinin mətbuata qapalı iclası keçirilib.

Məlumata görə, iclasda Yeni Azərbaycan Partiyasının gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı da açıqlanıb.

Metbuat.az bildirir ki, modern.az yayılan məlumatları dəqiqləşdirmək üçün YAP İdarə Heyətinin üzvü, məşhur “91-lər”dən biri olan Kərim Kərimovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, xəbər doğru deyil:

“Bu gün YAP-da İdarə Heyətinin iclası keçirilməyib”.

Kərim Kərimov YAP-ın namizədlər siyahısından da söz açıb:

“Yaxın vaxtlarda YAP-ın namizədlər siyahısı açıqlanacaq”.