"Bakı bizim ikinci evimiz kimidir" - Türkiyəli futbolçu

"Bakı bizim ikinci evimiz kimidir" - Türkiyəli futbolçu
12:12 26 Dekabr 2019
74 İdman
Ölkə mətbuatı
A- A+

Yaxşı qrupa düşmüşük. Açılış matçını oynamağımız da gözəl bir şeydir.  İtaliya ilə qarşılaşacağıq. Çox böyük ölkədir və turnirlərdə həmişə yaxşı olan komandaları var. Amma açılış matçında hər şey ola bilər. Çünki ilk oyun və turnirin həyəcanı olur. Bunun bizim üçün üstünlük olması mümkündür. Digər rəqiblərimiz də güclüdür, hamısına hörmətlə yanaşmaq lazımdır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə millisinin futbolçusu Kenan Karaman Avro-2020 ilə bağlı "Anadolu Agentliyi"nə müsahibəsində deyib.

O, Avro-2020-nin qrup mərhələsinin 2 oyunun Bakıda keçirilməsi haqda da danışıb: "Bakıda oynamağımız türk xalqı üçün çox gözəl hadisədir. Ora bizim ikinci evimiz kimidir. Çoxlu sayda azarkeşimiz olacaq. Bu, bizi motivasiya edə bilər. Ona görə də qrup matçlarını çox pozitiv görürəm. Bu qrupdan çıxacağımıza inanıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/813419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR