Bakı, 19 may, AZƏRTAC
“Bank VTB (Azərbaycan)”ın “Sahil” filialı fəaliyyətinin bir ilini qeyd edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bir il ərzində filialın kredit portfelinin həcmi 10 milyon manatı ötüb. Ümumi kredit portfelində əsas pay bankın tərəfdaş şirkətlərinin əməkdaşlarına ayrılan kreditlərin üzərinə düşüb. Bundan başqa, kredit portfelində nağd kreditlər 844 min manat, girovlu istehlak kreditləri isə təqribən 805 min manat təşkil edib. “Sahil” filialı tərəfindən cəlb olunan əmanətlərin ümumi həcmi isə 6 milyon manata çatıb.