İranda güclü zəlzələ oldu

İranın cənub-qərbində Buşehr Atom Elektrik Stansiyasından (AES) 50 kilometr aralıda 5,1 bal gücündə zəlzələ baş verib.

Metbuat.az-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Buşehr şəhərindən 51,9 kilometr qərbdə, ocağı isə 38,3 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR