Bill Qeytsdən 37 kiloqramlıq hədiyyə bağlaması aldı - VİDEO - FOTO

Bill Qeytsdən 37 kiloqramlıq hədiyyə bağlaması aldı - VİDEO - FOTO
23:12 27 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

"Microsoft" kompaniyasının həmtəsisçisi Bill Qeyts "Reddit"in Miçiqan ştatından olan 33 yaşlı xanım istifadəçisi üçün "gizli Santa" olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, internet üzərindən "gizli Santa" xidməti göstərən "RedditGifts" saytı hər il Milad bayramı ərəfəsində insanların bir-biri ilə hədiyyələşməsinə xidmət edir.

Bill Qeyts də, ənənəsinə sadiq qalaraq, hər il bir istifadəçi üçün "gizli Santa" olur. Bu dəfə o, seçdiyi istifadəçiyə içində 41 fərqli hədiyyə olan 37 kiloqramlıq bağlama göndərib.

Belə ki, "Microsoft"un həmtəsisçisi hədiyyə bağlamasını göndərməzdən əvvəl həmin qızın saytdakı hesabı ilə yaxından tanış olub, onun sevimli film və kitabları barədə məlumat toplayıb. Qız Bill Qeytsdən bir neçə "LEGO" konstruktoru, peçenye və xatirə şokoladları, pled, Bill Qeytsin 2019-cu ildə bəyəndiyi kitablar, "Böyük Qetsbi" kitabının əlyazma surətini, "Tvin Piks" mövzusunda çoxlu suvenir, pişiyi üçün bir neçə hədiyyə alıb. Həmçinin Bill Qeyts qızın ilin əvvəlində dünyasını dəyişən anasının şərəfinə "Amerika Ürək Assosiasiyası" fonduna pul köçürüb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR