Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Katolik Kilsəsini ziyarət ediblər (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Katolik Kilsəsini ziyarət ediblər (FOTO)
13:08 28 Dekabr 2019
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) I kurs tələbələri “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” Katolik Kilsəsini ziyarət ediblər.

İnstitutdan Trend-ə verilən məlumata görə, tələbələrə “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” Katolik Kilsəsi və ümumilikdə, Azərbaycanda Xristianlıq tarixi haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, bütün dini icmalara bərabər şərait yaradıldığı kimi, Azərbaycanın katolik icmasına da qayğı göstərilir və katoliklər üçün kilsə yenidən bərpa olunub.

Daha sonra bildirilib ki, “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” Katolik Kilsəsinin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb. Burada eyni vaxtda 250-300 nəfərin ibadət etməsi üçün şərait yaradılıb. Kilsənin rəsmi açılış mərasimi isə Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertonenin 2008-ci ilin martında Azərbaycana səfəri çərçivəsində baş tutub.Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, aparıcı dini icmaların rəhbərləri, diplomatik korpusun nümayəndələri, xarici qonaqlar iştirak ediblər. Eyni zamanda, 2007-ci ilin aprelində Roma-Katolik Kilsəsinin Cənubi Qafqaz üzrə apostol nunsisi arxiyepiskop Klaudio Qudjerottinin yeni kilsəni təqdis etdiyi və ilk ibadətin həyata keçirildiyi qeyd olunub.

Mərasimdə Azərbaycan Respublikası Katolik Kilsəsinin Apostol Prefekturası Dini Qurumunun təmsilçisi Yozef Marek xristianların inanc əsasları və ibadətləri, Azərbaycanda xristian icmalarının vəziyyəti, dini tolerantlıq və multikulturalizm kontekstində Azərbaycanda fərqliliklərin birlikdə yaşama təcrübəsi mövzularında tələbələrin suallarını cavablandırıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3170580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR