Ata hamilə qızını övladının gözləri qarşısında öldürdü - TÜKÜRPƏDİCİ OLAY (FOTO)

Ata hamilə qızını övladının gözləri qarşısında öldürdü - TÜKÜRPƏDİCİ OLAY (FOTO)
13:33 28 Dekabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə 23 yaşlı qadın həyat yoldaşı və övladının gözləri qarşısında qətlə yetirilib.

Publika.az xəbər verir ki, hadisə Osmaniyə əyalətində baş verib.

Məlumata əsasən, Tuğba Kayanın atası onun başına atəş açaraq öldürüb. Tuğba, 4 aylıq hamilə olub.

Silah səsi eşidən qonşular polisə xəbər verib. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Tuğbanın atası həbs edilib. Həyat yoldaşı isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Tağı Həsənov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/300428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR