İmişli rayonunda 33 yaşlı kişinin dəm qazından boğularaq ölməsi barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, İmişli şəhəri Heydər Əliyev prospektində yaşadığı evdə dəm qazından boğularaq ölən 1986-cı il təvəllüdlü Cəfərov Əli Şakir oğlu idmançı olub.
Qeyd edək ki, Əli Cəfərovun meyitini ailə üzvləri aşkarlayıblar. Tibbi yardım çağırılsa da, artıq gec olub.