Slovakiya və Azərbaycan arasında strateji tərəfdaşlıq genişlənir

Metbuat.az xəbər verir ki, Slovakiyanın Konstitusiya Günü və Silahlı Qüvvələr Günü münasibətilə keçirilən tədbirdə çıxış edən ölkənin Azərbaycandakı səfiri Elçin Qasımov iki dövlət arasındakı strateji əməkdaşlığın inkişaf dinamikasını yüksək qiymətləndirib.

Diplomat qeyd edib ki, Bakı və Bratislava arasında ali səviyyədə sıx siyasi dialoq mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya, eyni zamanda Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana reallaşan rəsmi səfərləri bu əlaqələrin bariz göstəricisidir. E. Qasımovun sözlərinə görə, qarşılıqlı səfərlər tərəflərin münasibətləri daha da möhkəmləndirmək niyyətini aydın şəkildə nümayiş etdirir.

İki ölkə arasındakı tərəfdaşlığın praqmatik prinsiplərə və qarşılıqlı hörmətə əsaslandığını vurğulayan səfir bildirib ki, bu əlaqələr formal diplomatik çərçivədən kənara çıxaraq konkret layihələr və praktiki əməkdaşlıqla zənginləşən real dostluq münasibətlərinə söykənir.

E. Qasımov əlavə edib ki, Slovakiya Azərbaycanı regionda sabitlik və tərəqqinin vacib təminatçısı, eyni zamanda Şərq ilə Qərb arasında mühüm logistik və nəqliyyat qovşağı kimi qəbul edir.