bp “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının Dərinsulu Günəşli ərazisində çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb.
Metbuat.az xəbər verir ki, 2025-ci ilin IV rübündə başlayan proqram qrafikdən əvvəl tamamlanıb və 7 sualtı quyuda müdaxilə əməliyyatları həyata keçirilib.
İşlər zamanı bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyasından istifadə olunub. Əməliyyatlar “Xankəndi” sualtı tikinti gəmisindən aparılıb.
Layihə çərçivəsində gəmidə ilk dəfə şaxta (moonpool) sistemi də quraşdırılıb. Yeni texnologiya quyuların monitorinqinə, lay təzyiqinin idarə olunmasına və hasilatın artırılması imkanlarının qiymətləndirilməsinə şərait yaradıb.