Azərbaycan müxtəlif sənaye sahələri üçün investisiya baxımından geniş imkanlara malikdir.

Metbuat.az xəbər verir ki, bunu Çexiyanın “Alpha Czech” şirkətinin nümayəndəsi Peter Lavrda Azərbaycanda keçirilən forum çərçivəsində saytımıza açıqlamasında bildirib.

O, Azərbaycanın tikinti və sənaye sektorlarında mövcud potensialını yüksək qiymətləndirib:

“Azərbaycan gözəl və böyük ölkədir. Düşünürəm ki, hazırda müxtəlif sənaye sahələrinin Azərbaycana gəlməsi və burada fəaliyyət qurması üçün əlverişli zamandır. Bu, həm yerli əhali, həm də xarici şirkətlər üçün yeni imkanların yaranmasına şərait yarada bilər”.

Peter Lavrda forumda ilk dəfə iştirak etdiklərini də qeyd edib. Onun sözlərinə görə, belə tədbirlər müxtəlif ölkələrdən olan şirkət və işgüzar dairələrin nümayəndələri arasında yeni əlaqələrin qurulması baxımından əhəmiyyətlidir.

“Biz burada ilk dəfə iştirak edirik. Forum insanlarla tanış olmaq, müxtəlif şirkət və ölkələrin nümayəndələri ilə əlaqələr qurmaq və yeni əməkdaşlıq imkanlarını müzakirə etmək üçün çox vacib platformadır”, – deyə o bildirib.