ABŞ: 5 ilimiz qalıb

ABŞ: 5 ilimiz qalıb
06:26 17 Yanvar 2015
113 Dünya
Ölkə mətbuatı
A- A+

Heç də uzaq olmayan gələcəkdə Rusiya Ukrayna böhranı səviyyəsində bir neçə qonşusu ilə hərbi fəaliyyət yürüdə biləcək.

ANS PRESS-in məlumatına görə, bu sözləri Avropada ABŞ qüvvələrinə rəhbərlik edən Ben Xoces bildirib.

Pentaqon generalı bildirib ki, Putinin Rusiya ordusunda həyata keçirdiyi islahatlar bir neçə il sonra səfərbərliyə ehtiyac olmadan hərbi münaqişələr yürütməyə icazə verəcək. Bu zaman Qərb gərginləşən vəziyyətə vaxtında müdaxilə edə bilməyəcək.

Xoces fikirləşir ki, Rusiya ordusu 4-5 ildən sonra hərbi hazırlığını təkmilləşdirəcək. Bununla “onlar tam hərbi səfərbərlik elan etmədən, şərqi Ukraynada əməliyyatlar apara, Pribaltika və Gürcüstana təzyiq göstərə və digər şeylər etməyi bacaracaqlar”.

Qeyd edək ki. keçən ilin sonunda RF NATO-nun genişlənməsini ən böyük təhdid olduğunu və təcavüzə cavab kimi nüvə zərbələrinin endirilməsini hüquqi müstəviyə qoyan hərbi doktrina qəbul edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320220

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR